əti dırnaqdan ayırmaq*

to separate someone from his (her) close friends разлучать близких
əti dərisindən çıxmaq
əti-əndamı tökülmək
OBASTAN VİKİ
At əti
At əti — Atın qida kimi istifadə olunan əti. == İstehsalı == At əti qida məhsulu kimi istehsal edən ölkələrin çoxusunda, atları inəklərlə oxşar üslubda kəsirlər. Böyük sallaqxanalarda onları mənzil bolt tapança ilə gicəllətdirib, ölənə qədər qanı tökürlər. Yemək istehsalı az sənayeləşdirilmiş olan ölkələrdə, atları lazım olanda bir-bir, açıq havada, istehlak olduğları kəndlərdə və ya istehlak olduğları yerlərə yaxın kəsirlər. 2009-cu ildə, Britaniyanın kənd təsərüfatı saytı dünya ölkələrin at əti istehsalı miqrdarından məlumat verib: *Eşşəkləri daxil edərək == Ölkələrə görə == === Qazaxıatan və Qırğızıstan === Qazaxıstan ilə Qırğızıstanda, əhalinin köçəri köklərinə görə, at əti qidalanmanın böyük hissəsidir. Atın fərqli hissələrdən qazı, jal və sucuk kimi malları hazırlayırlar. === Yaponiya === Yapon mətbəxində bişməmiş at ətinə çəhrayı ətinə görə sakura (桜) və ya sakuraniku (桜肉, sakura albalı növüdür, niku isə ət deməkdir) deyirlər. Onu saşimi şəkildə, soy sousu ilə, bəzən sousa zəncəfil və soğan əlavə edərək. === Cənubi Koreya === Cənubi Koreyada at ətini adətən yemirlər. Fəqət əsasən boyun hissədən gələn at əti Cənubi Koreyanın Cecu adasında delikates sayılır.
Diş əti
Diş əti (lat. pulpis dentis) — dişin boynunu əhatə edən yumşaq toxuma. Ağız boşluğu selikli qişasının törəməsi. Diş əti qan damarları ilə zəngin olduğundan çəhrayı rəngdədir. Birləşdirici toxumadai ibarətdir.
Donuz əti
Donuz əti - Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Donuz ətinin məişətdə istifadəsi eramızdan əvvəl 5.000-ci ilə gedib çıxır. Orta Şərq və Çində donuzların əhliləşdirməsindən sonra ətindən istifadəsi geniş yayılmışdır. Donuzun müxtəlif təbii şəraitlərə özünü uyğunlaşdırma bacarığı, demək olar ki, hər bir şeyi yeyə bilməsi və sürətli nəsil artırma bacarığı səbəbindən donuzların şəxsi təsərrüfatlarda istifadəsi geniş yayılmışdır. Ferma və xüsusi təsərrüfatlarda saxlanılan digər heyvanlardan fərqli olaraq donuzların qidalanması üçün xüsusi yeməklər tələb olunmur. Belə ki, insanlar üçün nəzərdə tutuluş qidaların qalıqları və köhnəlmiş ərzaq məhsulları ilə belə donuz fermalarında yüksək məhsuldarlığın əldə edilməsi mümkündür. Bu səbəbdən donuz əti Avropanın mərkəzi bölgələrində kasıb və orta təbəqədən olan insanların hər zaman əldə edə biləcəyi bir ət çeşididir. Digər ət növlərindən fərqli olaraq, ucuz olması donuz ətinə bazarda hər zaman təlabatın olmasına səbəb olmuşdur. Şəriətdə donuz ətinin istifadəsi haram hesab olunur. İslam inancına görə donuz natəmiz heyvandır və onun ətindən müxtəlif məqsədlər üçün istifadə edilməsidə bir müsəlman üçün bəyənilən əməl sayılmır.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır. Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır.
Keçi əti
Keçi əti (ing. Goat meat) — Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Ondan hazırlanan yeməklər çox məşhurdur. Keçinin süddündən, dərisindən və tükündən gündəlik sənayedə insanlar tərəfindən istifadə edilməkdədir. Keçi ətinin xüsusi qoxusu olur ki, bu da onun tərinin və sidiyinin qoxusunun təbii olaraq ətə hopmasından irəli gəlir. Ətə iyin hopmaması üçün bəzən onun dərisini soyarkən əlcək geyinir və sonra əlcəyi çıxardıb əti doğrayırlar. Bu ətə qoxunun hopmasının qarşısını alır. Keçi ətinin vitamin və faydalı maddələrlə zəngin olduğu qədim zamanlardan məlumdur. Bəzi xəstəliklər zamanı hətta həkimlər keçi əti yeməyi məsləhət görürlər. Keçi ətinin tərkibində olan makro və mikroelementlər bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
Pişik əti
Pişik əti — Cənub-Şərqi Asiya ölkələrində və Çində yaşayan şərq xalqlarının mətbəxində istifadə edilən pişik əti. Pişik ətindən Afrika və Latın Amerikasında yaşayan bir sıra xalqlar da kulinariyalarında pişik ətindən istifadə edirlər. Cənubi Amerikada pişik ətindən ən çox Afrika mənşəli perulular istifadə edirlər. Hər il sentyabr ayında La Kebrada şəhərində keçirilən Müqəddəs İfegeniya festivalında pişik ətindən yeməklər hazırlanması metodları nümayiş etdirilir. Kamerunda yaşayan bir sıra xalqların mədəni irsinə aid mənbələrə əsasən hətta belə bir inam aşılanır ki, pişik ətindən hazırlanan xüsusi yemək insanlara xoşbəxtlik gətirir. Sarah Hartwell. Cats — friend or food? // Статья на сайте Messybeast.com (ing.) (Yoxlanılıb 18 oktyabr 2015) Website on cat meat in southern China (Yoxlanılıb 18 oktyabr 2015) Кошатина — это вкусно. И наплевать на SARS (Yoxlanılıb 18 oktyabr 2015) "The countries where people still eat cats and dogs for dinner" (ingilis). BBC News UK. 12/04/2017.
Qoyun əti
Qoyun əti — qoyunun qida kimi istifadə olunan əti. Qaynadılmış, qızardılmış, qaxac olunmuş, hisə verilmiş və duza qoyulmuş şəkildə istifadə olunur. Köçərilər, Asiyanın monqol xalqları, türk xalqları, o cümlədən Azərbaycanda da qoyun ətindən müxtəlif növ yeməklər hazırlanmasında geniş istifadə olunur.
Tava əti
Qoyun əti – 220q. Ərinmiş yağ – 30q. Baş soğan – 40q. Kartof – 100q. Badımcan – 60q. Qabaq (balqabaq) – 50q. Pomidor – 50q. Xiyar – 30q. İstiot – zövqə görə. Duz – zövqə görə.
Toy əti